Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-26,
Seanews
Heyder Eliyev

“SK-2050” konteynerdaşıyan gəmisində yanğın baş verib

“SK-2050” konteynerdaşıyan gəmisində baş verən yanğın söndürülüb.

"Seanews.az" xəbər verir ki, Ust-Kutdakı (İrkutsk bölgəsi) təmir və istismar bazasının ərazisində “SK-2050” konteynerdaşıyan gəmisində yanğının baş verməsi barədə Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinə dünən səhər saat 09:35-də məlumat daxil olub.

Dərhal hadisə yerinə iki texnika və doqquz nəfərdən ibarət heyət  göndərilib.

Yanğın saat 09: 48-də lokallaşdırılıb, 09: 54-də isə söndürülüb.

Yanğın nəticəsində gəminin arxa hissəsində 60 kvadratmetrlik sahə yararsız hala düşüb. Həlak olan və xəsarət alan yoxdur.

İlkin ehtimala görə, hadisə gəmdə təmir məqsədi ilə qaynaq işləri görülərkən  yanğın təhlükəsizliyi tələblərinə əməl edilməməsi üzündən baş verib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır