Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-11,
Seanews
Heyder Eliyev

“Səfinə” Gəmiqayırma Zavodu Rusiya üçün qəza-xilasetmə gəmisi inşa edəcək

Türkiyənin “Səfinə” Gəmiqayırma Zavodu Rusiya üçün IBSV02 layihəli “İcebreaker 7” qəza-xilasetmə gəmisi inşa edəcək.

"Seanews.az" xəbər verir ki, bu, sifarişçiyə 13,3 milyard rubla başa gələcək.

Təxminən 140 min kvadratmetr ərazidə yerləşən gəmiqayırma zavodunun bünövrəsi 2005-ci ildə qoyulub. Zavodda gəmi-bərələr, yük, axtarış -xilasetmə, yedək-təchizat gəmiləri ... inşa edilir, həmçinin dedveyti 120 min tona qədər olan gəmilərin təmiri həyata keçirilir.

Son illərdə, Türkiyə gəmiqayırma zavodları Rusiya hökumətinin sifarişləri uğrunda mübarizədə rusların özləri üçün də yaxşı mənada gözlənilməz rəqibə çevriliblər. Qonşu ölkədə gəmiqayırma sahəsində çalışan mütəxəssislər belə bir gəminin inşa dəyərini 15-16 milyard rubl və daha yüksək qiymətləndirirlər. Qardaş ölkənin gəmiqayıranları isə müqavilədə nəzərdə tutulan məbləğə bu sifarişin də öhdəsindən layiqincə gələcəklərinə əmindirlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır