Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-11,
Seanews
Heyder Eliyev

Gəmi kranları üçün üçbucaqlı yelkənlər hazırlanacaq

“MOL”,  Yaponiyanın “Oshima Shipbuilding” və “Iknow Machinery” şirkətləri  ilə birgə gəmi kranları və bənzər avadanlıqlar üçün üçbucaqlı yelkənlər işləyib hazırlayacaq.

"Seanews.az" xəbər verir ki, şirkət, “Delta Sail Crane“ sisteminin müxtəlif, o cümlədən balkerlərdə, çoxfunksiyalı gəmilərdə quraşdırılması imkanlarını araşdırır.

Kranın oxu ilə sütunları arasında açılacaq üçbucaqlı yelkənlər gəmi hərəkət edərkən küləyin gücünü gəminin daha sürətlə hərəkət etməsinə istiqamətləndirəcək, yanacaq istehlakını və buna müvafiq ətraf mühitə atılan tullantıları azaltmağa imkan verəcək.

“Delta Sail Crane“  sistemi, MOL-un ətraf mühitin qorunması məqsədi ilə üzərində çalışdığı layihələrdən yalnız biridir. Söhbət teleskopik sərt yelkəndən istifadə edərək külək enerjisini hərəkətverici qüvvəyə çevirən sərt bir yelkən sisteminin hazırlanmasından gedir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır