Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-11,
Seanews
Heyder Eliyev

Ən böyük torpaqqazan gəmisi tezliklə Süveyş kanalında dibdərinləşdirmə işlərinə başlayacaq

“Hussein Tantawy”  Yaxın Şərqin ən böyük torpaqqazan gəmisidir. “Tai An Kou” gəmisi bu nəhəngi  zəruri dibdərinləşdirmə işləri görmək üçün Süveyş kanalına çatdırıb.

“Seanews.az” xəbər verir ki, torpaqqazan hazırda Böyük Qorkiy gölü ərazisində boşaldılmasını gözləyir və tezliklə mart ayında “Ever Given” konteyner gəmisinin saya oturmasından sonra bir həftə gəmilərin üzünə bağlanan Süveyş kanalında genişləndirmə və dərinləşdirmə işlərinə başlayacaq.

Qeyd edək ki, uzunluğu 147 metr olan “Hüssein Tantawy” gəmisi torpağı 35 metrə qədər dərinləşdirə bilir. 

Bu, Süveyş kanalı administrasiyasının dibdərinləşdirmə və genişləndirmə işlərinə cəlb etdiyi ikinci gəmidir. Birincisi -"Mohab Mameesh" gəmisi hadisənin baş verdiyi mart ayından Süveyş kanalında işləyir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır