Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-27,
Seanews
Heyder Eliyev

Suya düşən kimyəvi maddə Norveçin balıq sənayesinə böyük zərər vurub

Norveçin Finnmark əyalətində suya düşən 15 min litr xlor balıq fermasında 96 min qızılbalığın məhv olmasına səbəb olub.

Bu barədə NRK agentliyi məlumat yayıb.

Qeyd olunur ki, hadisə ilə əlaqədar nəhəng balıq sənayesi şirkəti “Grieg Seafood”  tarixində görünməmiş həcmdə maliyyə itkisinə məruz qalıb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata əsasən, maddə tamamilə suyun dərinliyinə düşdüyündən insanların xlor qazından zəhərlənmə təhlükəsi yoxdur.

“Grieg Seafood” şirkətinin nümayəndələrinin sözlərinə görə, hadisə gələcəkdə də Norveç balıq təsərrüfatlarına böyük ziyan vuracaq.

Oxu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır