Baltik dənizində gəmi qəzası baş verib
Baltik dənizində, İsveç sahilləri yaxınlığında ötən gecə Böyük Britaniya və Danimarkaya məxsus iki yük gəmisi toqquşub.
“Report” İsveç KİV-nə istinadən xəbər verir ki, İsveçin İstad və Danimarkanın Bornxolm limanları arasında baş verən hadisə zamanı gəmilərdən biri batıb. Hadisə nəticəsində 2 nəfərin suya düşdüyü bildirilir.
İsveç Dənizçilik Administrasiyasından bildirilib ki, batan gəmidə neçə insanın olduğu hələlik bilinmir. Hadisə yerində axtarış xilasetmə işləri aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

