Yeniseydə maqnezitlə dolu bir barja zədələnib və qismən batıb
“Kodinsk” teploxodu maqnezitlə yüklənmiş R-30 barjı ilə birlikdə Yenisey çayı ilə Lesosibirsk limanına doğru hərəkət edirmiş.
“Seanews.az”-ın əldə etdiyi məlumata görə, hərəkət zamanı barj zədələnib və nəticədə qismən su altında qalıb.
Qəza nəticəsində xəsarət alan olmayıb, su hövzəsinin çirklənməsi təhlükəsi yoxdur.
Faktla bağlı Krasnoyarsk Nəqliyyat Prokurorluğu naviqasiya təhlükəsizliyi ilə bağlı qanunvericiliyə riayət olunmasını yoxlayır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

